CƏMİYYƏT


Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Mərkəzi Gömrük Hospitalında xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə hospitalın “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə əklillər qoyub, milli liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, xalqın rifahının yüksəldilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin siyasi uzaqgörənliliyi, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti və sevgisi, siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi fəaliyyətindən bəhs edib.

“Ulu Öndər Heydər Əliyevin səhiyyədə rolu” mövzusunda çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Ulu Öndərin tibb sahəsinin inkişafına yetirdiyi böyük diqqət və qayğıdan, ölkəmizin dünya tibb təhsili sisteminə uyğunlaşması, milli həkim kadrlarının Avropa, Amerika, Rusiya və sair ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil alması üçün gördüyü işlər barədə ətraflı məlumat verib.

Çıxış edənlər bildiriblər ki, ömrünü, bütün həyatını Vətənin inkişafına, onun çiçəklənməsinə həsr edən, Azərbaycanın dünya ölkələri sırasında yer tutması üçün misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb və onun zəhməti heç vaxt unudulmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.