MƏDƏNİYYƏT


Mərkəzi İncəsənət Məktəbi oxucular üçün yeni elektron baza və kataloq yaradıb

Bakı, 31 yanvar, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yenidən bərpa edilmiş kitabxananın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxanaçı Ülviyyə Bayramova kitabxananı yenidən bərpa edərək ixtisaslar üzrə sistemləşdirmiş, elektron baza və kitabxananın kataloqunu yaradıb.

Tədbirdə tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva, şöbə müdirləri və müəllimlər iştirak ediblər.

Məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli çıxış edərək bərpa edilmiş zəngin kitabxananın əhəmiyyətindən danışıb.

Bildirib ki, kitabxananın yaranmasında musiqişünas Nərgiz Kərimova, kitabxanaçılar Gülnar Tarverdiyeva və Sevda Məmmədova, kitabxananın rəsm əsərləri ilə bəzədilməsində rəssamlıq şöbəsinin müəllimi Əli Ağadadaşovun xidmətləri olub.

Oxucular artıq yeni yaradılmış elektron baza və kataloq vasitəsilə kitabxana ilə yaxından tanış ola biləcəklər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.