MƏDƏNİYYƏT


Mərkəzi İncəsənət Məktəbində Gənclər Günü münasibətilə konsert

Bakı, 2 fevral, AZƏRTAC

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məktəbin müəllim və şagird kollektivi tərəfindən konsert proqramı təqdim olunub.

Məktəbdən AZƏRTAC-a bildirilib ki, məktəbin Nəzəriyyə şöbəsinin müdiri Nabat Əsgərova və şagird Nigar Nəbili Gənclər Günü ilə bağlı geniş məruzə ilə çıxış ediblər.

Mühazirələr zamanı Ulu Öndər Heydər Əliyevin sağlam gənc nəslin yetişdirilməsi ilə bağlı fikirləri, onlara dəstək olması, siyasəti barədə məlumatlar verilib.

Qeyd edilib ki, bu siyasəti davam etdirən Prezident İlham Əliyev Ümummilli Liderin bu ənənələrini yaşadır və daim gənclərin həyat rifahının yaxşılaşdırılması, sosial, iqtisadi yöndə, təhsildə, mədəniyyət və incəsənətdə dəstəyini əsirgəmir.

Tədbirin bədii hissəsində məktəbin Orkestr alətləri şöbəsinin şagirdlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.