MƏDƏNİYYƏT


Mərkəzi İncəsənət Məktəbində soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirin təşkilatçısı, nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nabat Əsgərova faciə barədə ətraflı məlumat verib.

Məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çıxış edib.

Tədbirdə videoslaydlar, şəkillər və bu tarixlə bağlı olaraq qısa filmlər nümayiş edilib.

Sonda məktəbin şagirdi Nərgiz Məmmədova mühazirə ilə və kamança ixtisası üzrə müəllim Elnur Məmmədov öz peşəkar ifası ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.