ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinar təşkil edib

Bakı, 3 may, AZƏRTAC

Mərkəzi Nəbatat Bağı ilə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Nazarbayev Kimya - biologiya təmayüllü intellektual məktəbi” arasında onlayn görüşdən sonra Bağın alimlərinin məktəbin şagirdləri üçün vebinarlar təşkil edilməsi barədə razılıq əldə olunub. “Danışan oduncaq halqaları” mövzusunda ilk elmi-populyar vebinar Bağın əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev tərəfindən keçirilib.

Bu barədə AZƏRTAC-a Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, məktəbin 9-cu sinif şagirdləri üçün təşkil olunan təqdimat zamanı F.Seyfullayev oduncaq halqaların formalaşmasından, bu tədqiqatlarda istifadə edilən müasir avadanlıq və proqramlardan bəhs edib. O, həmçinin Mərkəzi Nəbatat Bağında aparılan oduncaq-halqa tədqiqatlarının nəticələrindən və onların tətbiqi əhəmiyyətindən danışıb.

Təqdimat zamanı oduncaq halqa tədqiqatları vasitəsilə ətraf mühit haqqında geniş məlumat əldə etməyin mümkün olması faktı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.