ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri həyata keçirilir
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağı ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında birgə tədqiqat işləri həyata keçirilir.
Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, tədqiqat obyekti olaraq qiymətli dərman bitkilərindən olan gülxətmi (Alcea L.) və bədrənc (Melissa L.) cinslərinə daxil olan növlər araşdırılıb.
Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının əməkdaşları dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova tərəfindən Əkinçilik İnstitutunun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış iqtisadi əhəmiyyətli bitki materiallarının biokimyəvi tərkibi tədqiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]