ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağında “Açıq qapı” günü

Bakı, 28 sentyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Nəbatat Bağında “Qarabağın florası və bitki örtüyü”nə həsr olunmuş “Açıq qapı” günü keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə Mərkəzi Nəbatat Bağının kollektivi Anım Günü çərçivəsində ikinci Fəxri xiyabanı ziyarət edib.

Daha sonra Nəbatat Bağında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Mərkəzi Nəbatat Bağının direktoru biologiya elmlər doktoru Vahid Fərzəliyev açaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edib.

Sonra Mərkəzi Nəbatat Bağını ziyarət edən qonaq və məktəblilər üçün təşkil olunan ekskursiyalarda Qafqazın ən zəngin fitocoğrafi regionu olan Qarabağın florası və bitki örtüyü ilə tanış olublar. Həmçinin uşaqlarla maarifləndirici söhbətlər aparılıb, onların suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.