ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağında yeni qızılgül sortları yetişdirilir
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında xarici ölkələrdən gətirilən qızılgüllərin növ və sortlarının kolleksiyası toplanır, elmi əsaslarla öyrənilir, introduksiyası və seleksiyası həyata keçirilir. Hazırda Nəbatat Bağında 575 qızılgül sortu toplanılıb. Seleksiya və hibridləşmə üsulu ilə qızlgülün 31 növü əldə edilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyev məlumat verib.
V.Fərzəliyev qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən Mərkəzi Nəbatat Bağına introduksiya olunmuş bitkilər içərisində ekzotik bitkilərə xüsusi diqqət ayrılır. Son illərdə bu istiqamətdə fəaliyyət genişləndirilir, yeni qızılgül sortları əldə edilir. Abşeron yarımadasının iqlimi quru subtropik iqlim qurşağında yerləşdiyi üçün burada bitkilərin introduksiyası elmi mərhələ təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]