ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağının əməkdaşı Çində təlimdə iştirak edib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının əməkdaşı Nigar Quluzadə Çin Xalq Respublikasında “Botanika bağlarının inkişafı və idarəedilməsi” mövzusunda keçirilmiş beynəlxalq təlimdə iştirak edib.

Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, təlim Beynəlxalq Botanika Bağları Assosiasiyası, Çinin Elm və Texnologiya Nazirliyi və Şanxay Çensan Botanika Bağı tərəfindən təşkil edilib. Kurs nəzəri və praktik hissədən ibarət olmaqla 20 gün davam edib. Asiya ölkələrinin mədəniyyətinin tanıdılması və qarşılıqlı əlaqənin yaradılması məqsədilə Şanxay şəhərində təşkil olunan beynəlxalq etnobotanika sərgisində Nigar Quluzadə “Azərbaycan xalqının mədəni həyatında bitkilərin istifadəsi” mövzusunda çıxış edib.

Botanika bağlarının inkişafına dəstək məqsədilə təşkil olunan kursda mühazirələrlə yanaşı, Tianmu dağı, Çensan, Şanxay və Hangzou botanika bağlarına, Şanxay Təbii Tarix Muzeyinə, Fangta və Zuibaiçi tarixi milli parklarına, Herbari fonduna, Toxum bankına, Bitki Elmləri Tədqiqat Mərkəzinə ekspedisiyalar həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.