ELM VƏ TƏHSİL


Mərkəzi Nəbatat Bağının gənc alimi Almaniyada elmi-tədqiqat işləri aparıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Almaniyanın Drezden Texniki Universitetinin Meşə artımı departamentində elmi-tədqiqat işləri aparıb.

Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, tədqiqatlar zamanı Azərbaycanın müxtəlif ərazilərində yayılmış palıd ağaclarından toplanmış nümunələrin müqayisəli dendroxronoloji analizləri aparılıb, iqlim amillərinin təsiri ilə ağacların illik halqalarında baş vermiş dəyişkənliklər araşdırılıb.

Gənc tədqiqatçının araşdırmaları Almaniya Akademik Mübadilə Proqramı tərəfindən elan olunmuş tədqiqat təqaüdü programının dəstəyi ilə iki ay davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.