ORDU
Mərkəzi Ordu İdman Klubunun təmsilçiləri beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə ediblər
Bakı, 30 dekabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2022-ci ilin yekunlarına həsr olunan toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplantıda MOİK-in təmsilçilərinin təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə etdikləri vurğulanıb.
Növbəti ildə planlaşdırılan yarış və idman tədbirlərində ölkəmizi layiqincə təmsil etmək üçün aidiyyəti üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.
Sonda cari ilin yekununa əsasən hərbi intizamın möhkəmləndirilməsində, eləcə də idman sahəsində yüksək göstəricilərin əldə edilməsində fərqlənənlər təltif olunublar.