İDMAN


Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub

Bakı, 25 fevral, AZƏRTAC

Mərkəzi Şahmat Klubunda beynəlxalq usta, Əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə rapid üzrə reytinq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçılar yarışda A və B turnirlərində mübarizə aparıblar.

Yarışın A turnirində 7 turdan 6 xal toplayan Nail Bəşirli qalib olub. Qızların mübarizəsində 5 xalla Ayan Allahverdiyeva fərqlənib. Yarışın B turnirində isə oğlanlar arasında Fərid Məmmədov 6,5 xalla birinci yeri tutub. Qızlar arasında isə Aysu Məmmədli 4 xalla turnirin qalibi adını qazanıb.

Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Rəhim Qasımov olub. İsveçrə sistemi üzrə keçirilən yarışlar 7 turdan ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.