Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının 2022-ci il 4 avqust tarixli 4/17 saylı Qərarı ilə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun təkmilləşdirilərək yenidən təsdiq edilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidləri yenidən təsdiq edilsin (cədvəl əlavə edilir).

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin