SİYASƏT


Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC 

Dekabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK sədri Komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə Milli Məclisə seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.

Sonra Milli Məclisə seçkilərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin sistemli, ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, habelə seçki iştirakçılarına metodiki kömək göstərilməsi və onların fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədilə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı Komissiya üzvləri tərəfindən müzakirə olunaraq təsdiq edilib.

Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və Komissiya nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Qanunvericilikdə nəzərdən tutulan müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

İclasda, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilən sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və MSK-nın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri iclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik də olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.