SİYASƏT


Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.