SİYASƏT


Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirmə proqramı çərçivəsində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 22-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyurlar.

İxtisaslaşdırılmış kursların 3 gün davam etməsi və oktyabrın 24-də başa çatması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.