SİYASƏT


Mərkəzi Seçki Komissiyası seminar-müşavirə keçirib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Mərkəzi Seçki Komissiyası (MSK) seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində həyata keçirilən tədbirin əsas məqsədi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin edilməsi olub.

Layihə çərçivəsində iştirakçılara MSK üzvləri tərəfindən “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması”, “Müraciət etmiş şəxsin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin edilməsi” və “Seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına dair tələblər” mövzularında təqdimatlar aparılıb. Tədbir zamanı əvvəlki illərdə keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə və “öyrənilmiş dərslər” müzakirə edilib, eləcə də meydana çıxan suallar cavablandırılıb.

Seminar-müşavirədə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki keçiriləcək 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.