SİYASƏT


Mərkəzi Seçki Komissiyasında 63 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bakı, 14 mart, Əsəd Məmmədov, AZƏRTAC

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) 63 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bu barədə AZƏRTAC-a açıqlamasında MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Şöbə müdiri bildirib ki, 26 ölkədən olan bu müşahidəçilər 6 beynəlxalq təşkilatı təmsil edirlər. Həmçinin 32 min 764 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 542-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 32 min 222-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.