SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə martın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2018-ci il 22 noyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 2 saylı Şərur, 7 saylı Ordubad-Culfa, 15 saylı Yasamal birinci, 37 saylı Nizami birinci (Gəncə), 48 saylı Yevlax, 58 saylı Hacıqabul-Kürdəmir, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 67 saylı Cəlilabad şəhər, 76 saylı Lənkəran-Astara, 98 saylı Şəmkir şəhər, 109 saylı Balakən və 117 saylı Oğuz-Qəbələ seçki dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.