SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın 2020-ci il yanvarın 23-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb və sözügedən partiyanın müraciəti təmin olunaraq səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.

Daha sonra qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat qaydalarının pozulması iddiası ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də iştirakı ilə komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətlər təmin edilib və seçkiqabağı təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərini pozan seçki subyektlərinə xəbərdarlıq olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.