SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2014-cü il 28 noyabr və 6 dekabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb. MSK üzvlərinin müzakirəsindən sonra sözügedən təşkilatın “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.

MSK-nın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətə də baxılıb. Komissiya tərəfindən aparılan müzakirədən sonra müraciətlə bağlı müvafiq dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılmasına və müraciətin təmin edilməməsinə qərar verilib.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda cari məsələlərə də baxılıb.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.