Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
AzerTAg.az
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın dekabrın 27-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə əsasən vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
Xəbərin mətnində orfoqrafik səhv var