SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 7 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]