SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 16 oktyabr və 17 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən müvafiq qərarlar qəbul olunub.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.