SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.

Əvvəlcə Komissiyanın oktyabrın 20-də və 21-də keçirilmiş iclaslarının protokolları təsdiq edildi.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə olundu. Həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

Komissiyanın iclasında cari məsələlərə də baxıldı.

İclasda beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.