SİYASƏT
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın avqustun 29-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıblar.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]