Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 oktyabr tarixli Sərəncamının 2-ci hissəsinin və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli 347 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Namizədə aid tələblər” hissəsinin “b)” bəndi aşağıdakı redaksiyada verilsin:

“seçkilərdə iştirak etmək hüququna malik olması”;

1.2. Mətn üzrə “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nın 1 saylı əlavəsində mətn üzrə “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/29 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat”ın “2 b” və “2 c” saylı əlavələrində “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nın 1 saylı Əlavəsində mətn üzrə “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edilsin.

5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin