SİYASƏT
Mərkəzi Seçki Komissiyasının sədri daha üç prezidentliyə namizədə vəsiqələrini təqdim edib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevə, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevə, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayevə martın 19-da namizədlik vəsiqələri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Fərəc Quliyevi, Hafiz Hacıyevi, Razi Nurullayevi təbrik edib, vəsiqələrini onlara təqdim edib.
MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü vurğulayıb.
Xatırladaq ki, prezident seçkiləri ilə bağlı səkkiz namizəd qeydə alınıb.