SİYASƏT


Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda qurumun sədri, sədr müavini və iki katibi seçiləcək.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.

Tədbirdə çıxış edən Sahibə Qafarova deyib ki, seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir. Bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, Komissiya üzərinə düşən işi layiqincə yerinə yetirib.

İclasda Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyi irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.