İQTİSADİYYAT


Mərkəzi və Qərbi Asiya regionunda çəltikçiliyin əsas hədəflərindən biri elmi-texniki əməkdaşlığın gücləndirilməsidir

Bakı, 8 oktyabr, AZƏRTAC

Çəltik Mərkəzi və Qərbi Asiya regionunda əsas ərzaq bitkisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV nümayəndələrinə müsahibəsində Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin rəhbəri Abbas Şahdi bildirib.

Bakıda Çəltikçilik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclasının keçirilməsinin üzv ölkələr üçün mühüm əhəmiyyət daşıdığını söyləyən A.Şahdi qeyd edib ki, regionda bu sahənin inkişafı ilə bağlı 2020-2035-ci illər üçün əsas hədəflərindən biri region ölkələri arasında bu sahədə elmi-texniki əməkdaşlığın gücləndirilməsidir.

Bundan başqa, Beynəlxalq Çəltik Tədqiqatları İnstitutunun və Texniki İdarəetmə Komitəsinin üzvləri tərəfindən təsdiqlənmiş 5 illik fəaliyyət proqramı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.