ELM VƏ TƏHSİL


Mərkəzi və Şərqi Avropanın üç məktəbi ali ifaçılıq sənəti üzrə dünyanın yüz ən yaxşı təhsil ocağı siyahısına daxil edilib

Budapeşt, 10 aprel, AZƏRTAC

Budapeştdəki Ferens List adına Musiqi Akademiyası Mərkəzi Şərqi Avropadan olan digər iki məktəblə - Estoniya Musiqi və Teatr Akademiyası və Moskva Böyük Teatrının Balet Akademiyası ilə birgə ifaçılıq sənəti üzrə dünyanın ən yaxşı yüz universiteti sırasına daxil edilib.

AZƏRTAC “QS World University Rankings”in son reytinqinə istinadla xəbər verir ki, macar akademiyasının nüfuzu onun elmi musiqi tədqiqatlarına verdiyi töhfəyə görə ən yaxşı hesab edilib. Qeyd olunur ki, akademiyanın tələbələri və müəllimləri tez-tez nüfuzlu ali məktəblərə dəvət olunur, onların elmi işlərindən isə dünya nəşrlərində xeyli sitatlar gətirilir. List muzeyinin tədqiqatçıları “List irsinin beynəlxalq obyektlər şəbəkəsinə həmrəyliyin dəstəklənməsində və əməkdaşlığa yardım göstərilməsində aparıcı rol oynayırlar”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.