İQTİSADİYYAT


Mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı daşıyıcılarla görüş olub

Mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı daşıyıcılarla görüş olub

Bakı, 10 avqust, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyində mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı kart sisteminə keçirilən müntəzəm marşrutların daşıyıcıları ilə görüş baş tutub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə proqram təminatının funksiyaları, nəzarət mexanizminin tətbiqinə dair müzakirələr aparılıb. Bildirilib ki, sərnişindaşımada təhlükəsizliyin və rahatlığın təmin edilməsi məqsədilə mütəmadi olaraq marşrutlar nağdsız ödəniş sisteminə inteqrasiya edilir və proses davam etdirilir. Sutka ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən avtobusların fəaliyyətinə nəzarət edilməklə yanaşı, qayda pozuntularına dair toplanan statistik məlumatlar aidiyyəti üzrə təhlil olunur.

Eyni zamanda, görülən işlərə dəstək verilməsi, müasir idarəetmə mexanizminin tətbiq edilməsi üçün daşıyıcılara öz müəssisələrində müvafiq şəraitin yaradılması barədə tapşırıq verilib.

Qeyd edək ki, sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.