MƏDƏNİYYƏT


Merlin Kukla Teatrı Bakıda “Heç kimin torpağı” adlı tamaşa ilə çıxış edəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Merlin Kukla Teatrının yaradıcı heyəti noyabrın 9-da Azərbaycan Dövlət Kukla Teatrında “Heç kimin torpağı" adlı kukla tamaşası ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, “M.A.P Festival Baku” çərçivəsində nümayiş olunacaq tamaşanın rejissor Dimitris Stamudur.

Qeyd edək ki, Merlin Kukla Teatrının əsası Afinada 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.