Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezidentimiz İlham Əliyev.

Ali rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılmış Böyük Zəfər münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Cəmi 44 gün davam edən və Azərbaycanın müzəffər Ordusunun yaratdığı şanlı dastanı vətəndaş cəmiyyəti institutu olan Mərmərə Qrupu Vəqfi adından alqışlayır, bu zəfərin daimi olmasını diləyirik.

Bu möhtəşəm bayramın sevincini Türkiyə ilə bölüşməyinizi də böyük qədirbilənlik kimi dəyərləndiririk.

Hörmətli cənab Prezident, Siz 30 il davam edən işğala 44 gün ərzində son qoyaraq Qarabağa sülh və sabitlik gətirdiniz.

Zati-alinizi və Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımızı bir daha təbrik edirik.

Ən dərin ehtiramlarımla,

Akkan Suver

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin