SİYASƏT


Mərmərə Qrupu uydurma “erməni məsələsi” ilə bağlı ECOSOC-a etiraz məktubu göndərib

Ankara, 31 oktyabr, AZƏRTAC

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) etiraz məktubu ünvanlayıb.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfindən AZƏRTAC-a verilən məlumata görə, qurumun sədri, professor Akkan Suverin imzası ilə göndərilən məktubda ABŞ Konqresi Nümayəndələr Palatasının bu mövqeyinin sülhsevər olmadığı və qəbul edilən qərarın heç bir hüquqi əsas daşımadığı bildirilib. Təəssüflə qeyd olunub ki, Türkiyə tərəfinin arxivlərin açılması ilə bağlı təkidli təşəbbüsünə indiyədək heç bir müsbət cavab verilməyib. Diqqətə çatdırılıb ki, ABŞ-Türkiyə münasibətlərinə kölgə salan bu qərar erməni lobbisinə xoş gəlmək üçün ortaya atılmış siyasi addımdır.

BMT-nin İqtisadi və Sosial Şurasının üzvü olaraq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi hesab edir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının mövzuya qərəzli yanaşması sözügedən məsələnin həllinə yox, onun daha da qəlizləşməsinə təsir göstərən amildir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.