DÜNYA


Mərmərə dənizində iki yük gəmisi toqquşub

İstanbul, 24 oktyabr, AZƏRTAC

Mərmərə dənizində iki yük gəmisi toqquşub. Gəmilərdən birinin zədələndiyi və su buraxmağa başladığı, hər iki laynerin Çanaqqalanın Lapseki rayonuna aparıldığı bildirilir.

AZƏRTAC xəbər verir ki, qəzaya uğrayan "Benitamou" gəmisi Ukraynadan Çinə, "BC Vanessa" adlı gəmi isə Bolqarıstandan Misirə doğru hərəkət edirmiş. Qəza Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ilə Tekirdağın Şarköy rayonları arasındakı Doğanarslan bölgəsində baş verib.

Hadisənin bölgədəki qatı duman səbəbindən baş verdiyi ehtimal edilir.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.