İQTİSADİYYAT


Mersindən olan iş adamları Azərbaycandakı əlverişli biznes mühitindən yararlanmağa dəvət edilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun təşkilatçısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Mersin Ticarət və Sənaye Palatası olub.

Tədbiri Mersin bölgə müdiri Altan Arslan açaraq Azərbaycanda biznes qurmaqda maraqlı olduqlarını və investisiya layihələrinə hər iki ölkənin açıq olduğunu vurğulayıb.

ASK-ın vitse-prezidenti Vüqar Zeynalov isə türkiyəli iş adamlarına konfederasiyanın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bu da Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində baş verib.

O, sahibkarların qeydiyyatının sadələşdiyini, vergi və gömrük proseslərinin daha rahat olduğunu bildirib, Mersindən olan iş adamlarını Azərbaycanda biznes qurmağa dəvət edib.

Mersin Ticarət və Sənaye Palatasının prezidenti Ayhan Kızıltan iş adamlarını maraqlandıran sahələrə toxunub və hər bir mövzu üzrə kömək göstərməyə hazır olduğunu vurğulayıb.

Şirkətlərin nümayəndələrinin təkbətək görüşləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.