MƏDƏNİYYƏT


“Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır

Bakı, 21 iyun, AZƏRTAC

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Baş rolu Təhminə Rafaella və Ayşad Məmmədov canlandırır. Filmin çəkilişləri Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılıb.

Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.

Filmin premyerası 2022-ci ildə nəzərdə tutulub. Film beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.