ELM VƏ TƏHSİL
Məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradılıb
Bakı, 27 avqust, AZƏRTAC
Son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, isveçrəli alimlər tərəfindən yaradılmış kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir.
Mikrorobot, hələ ki, sınaqdan keçirilir.
Alimlər bildiriblər ki, biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]