CƏMİYYƏT


Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayır

Bakı, 1 avqust, AZƏRTAC

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu Qaydaya əsasən, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün DQİDK tərəfindən keçirilən imtahanların müsahibə mərhələsi başlayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı Komissiya tərəfindən aparılacaq müsahibə avqustun 2-də Azərbaycan İlahiyyat İnstitutunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.