Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Təzəpir məscidində şəhidlərimizin əziz xatirəsi anılıb VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Məscidlərimizdə 27 sentyabr - Anım Günündə şəhidlərimizin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Təzəpir məscidində əvvəlcə Vətən müharibəsində canını qurban verən şəhidlərimizin ruhuna dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, xalqımız bu gün öz tarixində möhtəşəm gün – Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr - Anım gününü qeyd edir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından bir il ötür. Uca Allahın köməyi, Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müqəddəs Vətən torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxdı, beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan ordumuz Müzəffər Liderimizin siyasi iradəsi və qalib sərkərdəliyilə dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Bu tarixin milli-mənəvi dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin, iman gücünün zirvəsi olaraq xalqımızın yaddaşında önəmi olduqca böyükdür. Azərbaycan xalqı 27 sentyabrda illərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək yolunda, bərbad edilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq üçün haqq mübarizəsinə başladı. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: "Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izn verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir" (Həcc, 39)

Qələbəmiz naminə qurbanlar verdik, dini və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları Vətən yolunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır. Bu gün biz Vətən uğrunda şəhid olanlarımızı rəhmət dualarıyla yad edir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Vətən müharibəsində şücaət göstərərək şəhidlik məqamına yüksəlmiş Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

QMİ sədri deyib ki, Azərbaycan tarixinə Böyük Fateh, tarixi ədalətin bərpası yönündə şanlı qələbələri ilə əbədi həkk olunan dövlət rəhbərimizin misilsiz səyləri ilə dünya azərbaycanlılarının 30 illik Qarabağ həsrətinə, həmçinin insanlıq tarixində böyük ədalətsizliyə, vandalizmə, bəşəri cinayətlərə son qoyuldu, məscidlərimiz, ziyarətgahlarımız əsl sahiblərinə qaytarıldı. Möhtərəm dövlət başçımız dağıdılmış, lakin milli ruhumuz, tarixi kimliyimiz üçün mənəvi əzəmətini qoruyub saxlayan məscidlərə, xristian məbədlərinə yeni nəfəs verəcəyini bəyan etdi. Bu gün Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək, erməni faşistləri tərəfindən vəhşicəsinə viran qoyulmuş şəhər və kəndləri dirçəltmək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti təmin etmək istiqamətində dövlətimiz fövqəladə tədbirlər reallaşdırır. Din xadimlərinin unudulmaz Ağdam, Şuşa səfərləri zamanı viran qoyulmuş məscidlərimizi, xristian məbədlərini görmək nə qədər kədərli idisə, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binasının təməlini, bərpa və yenidən qurulan məscid və məbədləri görmək bir o qədər fərəhvericidir. Füzulidə fəaliyyətə başlamış Beynəlxalq hava limanı, Şuşaya aparan Zəfər yolu qalib Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təcəssümüdür. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir.

Bizim Vətən müharibəmiz, qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir edən, yeni düzən yaradan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam ümməti adına böyük qələbədir. Qardaş Türkiyə dövlətinin siyasi-mənəvi dəstəyi, dost yardımı, birgə imzalanan Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq örnəyidir. Fürsətdən istifadə edərək, Vətən mücadiləmizdə bizə dəstək verən, haqqımızı müdafiə edən istər müsəlman, istər xristian dövlətlərinə, dost, qardaş ölkələrə bir daha minnətdarlığımızı ifadə etmək istərdim.

Dindarlarımız, xüsusən, din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmiz, vətəndaşlıq borcumuzdur və biz bu vəzifəmizi hər zamankı kimi layiqli şəkildə həyata keçirdik. Din xadimlərimiz sırasında öz vəzifə borcunu yerinə yetirərkən şəhid olanlar oldular. Fəxarətdoğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət mərkəzimiz Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycan dindarlarının Vətən müharibəsində qazanılan Zəfərdə töhfəsini xüsusi qeyd etdi.

QMİ sədri deyib ki, bu gün İslam tarixində böyük önəmi olan bir gün - şəhidlik məktəbinin ali nümayəndəsi Həzrəti Hüseyn əleyhissəlamın şəhadətinin 40-cı günü - Ərbəin qeyd olunur. Bu günün özəlliyi və əhəmiyyəti 1400 ilə yaxın müddət ərzində ümmətin yaddaşında qorunub saxlanılan, iman və ədalət uğrunda şəhidliyə hazır olmağın rəmzi kimi yad edilməsindədir. Bu fəlsəfəni gözəl dərk edən və ona dəyər verən xalqımız bu ilki Ərbəini tarixinin möhtəşəm ildönümü günündə qeyd edir. Vətən şəhidlərimizin Anım gününün məhz bu tarixə təsadüf etməsinin özündə də bir ilahi hikmət vardır. Zəfəri bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, Vətən onların Allahın cənnətinə ucalmış övladları ilə fəxr edir, qürur duyur. Müqəddəs Kitabımızda buyurulduğu kimi: “Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur” (Ali-İmran, 169).

Bu gün Vətən müharibəmizin Anım gününü - birinci ildönümünü və Ərbəini yüksək ehtiramla qeyd edən xalqımıza Allah əcr versin! Kərbəla şəhidlərinə, Vətən şəhidlərinə Allah-Təala rəhmət eləsin! Uca Allah hər zaman xalqımıza yardımçı olsun, müdrik dövlət rəhbərimizi və Azərbaycanımızı qorusun, qəhrəman Ordumuzu və dövlətimizi müzəffər qərar versin! Amin!

 

 

Təzəpir məscidində şəhidlərimizin əziz xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür