CƏMİYYƏT


Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib

Bakı, 8 dekabr, AZƏRTAC

Payız ağac əkini mövsümü ilə əlaqədar ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, bu gün Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 min ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib.

“Mövsüm başlayandan bu günədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib”, - deyə V.Fərzəliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.