CƏMİYYƏT
Meşə fonduna ziyan vuran şəxs cəzalandırılıb
Bakı, 29 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri nəzarət tədbirləri zamanı “HOVA” markalı 04-BO-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində yeşik düzəltmək üçün doğranmış 35000 ədəd taxta aşkar olunub.
Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialından hazırlanmış yeşik taxtalarının Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Aqil Bəşirova məxsus olduğu və meşə fonduna 1971 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, ağacların hansı meşə ərazisindən kəsilib emal edildiyinin müəyyənləşdirilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Ağdaş Rayon Prokurorluğuna göndərilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]