CƏMİYYƏT
Meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə ilk açıq hərrac keçirilib
Bakı, 6 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə avqustun 5-də ilk açıq hərrac keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov AZƏRTAC-a bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib: “Keçirilən hərracda Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşan ümumilikdə 523,9 kubmetr müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 399.99 kubmetri satılıb”.
Xidmət rəisi növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcəyini də bildirib.