Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Meşə yanğınlarına birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının üçüncü fazası çərçivəsində “Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və İsveçin Fövqəladə Hallar Agentliyinin (MSB) və İtaliyanın Mülki Müdafiə Departamentinin Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA) birgə tərəfdaşlığı ilə təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, “Meşə yanğınlarına birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsi” mövzusunda təlimdə müvafiq dövlət orqanlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, son zamanlar, dünya miqyasında qlobal iqlim dəyişmələri fonunda təbii və texnogen fəlakətlərin baş vermə tempindəki artım fövqəladə hallara hazırlıq və cavab tədbirləri üzrə imkanların və bacarıqların bir daha nəzərdən keçirilməsini, xüsusilə də fəlakət risklərinin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsini ön plana çıxardıb.

Eyni zamanda, son dövrlər baş vermiş meşə yanğınları risklərin idarəedilməsinə sistemli yanaşmanın və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə erkən xəbərdarlıq sistemlərinin və digər zəruri texnologiyaların tətbiqinin gücləndirilməsini tələb edir: “Bu baxımdan hazırda keçirilən təlimin əsas məqsədi fəlakət risklərinin idarəedilməsi və cavab tədbirləri sahələrində müvafiq qurumlar arasında qərarvermə, məlumat mübadiləsi və əlaqələndirmə mexanizmlərinin, o cümlədən qabaqlayıcı tədbirlər üçün erkən xəbərdarlıq sistemləri vasitəsilə xəbərdaredici məlumatların və siqnalların qəbul edilməsi və ötürülməsi imkanlarının sınaqdan keçirilməsidir. Həmçinin təlim zamanı qabaqcadan hazırlanmış ssenari üzrə fövqəladə hallarda, xüsusilə də meşə yanğınları zamanı cavab tədbirləri planlarına uyğun olaraq müvafiq qurumlar arasında əlaqələndirmə imkanlarının və birgə fəaliyyətin bir daha nəzərdən keçirilməsi planlaşdırılır. Təlimdən sonra öyrənilmiş dərslərin tərkib hissəsi olaraq strateji, taktiki və əməliyyat səviyyələrində müvafiq qaydaların standart əməliyyat prosedurlarının və təlim ehtiyaclarının qiymətləndirilməsi nəzərdə tutulur”.

Nazir müavini, həmçinin vurğulayıb ki, təlim zamanı ictimaiyyətlə və media ilə əlaqələndirilmiş kommunikasiyanın, o cümlədən böhran kommunikasiyasının funksionallığı və qurulması imkanları və bacarıqları sınaqdan keçirilir. Fəlakətlərin qarşısının alınması və cavab tədbirləri sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ölkələrin həmin sahələrdə səylərinin birləşdirilməsi çox vacibdir. Bu baxımdan, Avropa İttifaqı ilə ikitərəfli, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramı çərçivəsində əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır.

E.Mirzəyev əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin iştirak etdiyi Şərq proqramı çərçivəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlər həyata keçirilib və Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi ilə, eyni zamanda, Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirilməsi Mərkəzi ilə əməkdaşlıq əlaqələri formalaşmışdır. Proqramın fəlakət risklərinin idarəedilməsi, cavab tədbirləri və mülki müdafiə təlimləri sahəsində növbəti illər ərzində nəzərdə tutduğu fəaliyyətlərin əhəmiyyətli və faydalı olduğunu da qeyd etmək lazımdır.

Gələcəkdə görüləcək işlərin ölkəmizdə mülki müdafiə imkanlarının gücləndirilməsinə töhfə verəcəyinə inandığını deyən nazir müavini Fövqəladə Hallar Nazirliyi adından dəstəyə görə Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş İdarəsinə, o cümlədən Şərq proqramının qrup rəhbəri Peter Qleruma, həmçinin İsveçin Mülki Müdafiə Agentliyinə və ekspertlərə birgə fəaliyyətə verdikləri dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Nazir müavini, eyni zamanda, Xarici İşlər, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, TƏBİB-in, Azərbaycan Hava Yollarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təlimdə iştiraklarına görə təşəkkürümü bildirərək, təlimin işində uğurlar diləyib.

Tədbirdə “PPRD EAST 3” proqramı üzrə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi ilə tanışlıqla bağlı proqramın qrup rəhbəri Peter Glerumun təqdimatı da maraqla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub