CƏMİYYƏT
Meşədə ağac kəsən şəxslər cəzalandırılıb
Bakı, 7 aprel, AZƏRTAC
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.
Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov AZƏRTAC-a bildirib ki, Salman Həşimov əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunub və barəsində toplanmış materiallar hüquq mühafizə orqanına göndərilib.
Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib. Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub.
Ağac kəsənlər barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik Rayon Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]