REGİONLAR


Meşədə çətənə kolları becərən Qusar sakini saxlanılıb VİDEO

Qusar, 5 iyul, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyulun 4-də Qusar RPŞ-nin Həzrə polis bölməsi əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zuxur kəndində meşəlik ərazidə kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar. İ.Sərkərov həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 santimetr olan və kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkarlanıb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Narkotik bitkilərin yaş çəkisinin 1000 qram olması barədə rəy verilib.

Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.