CƏMİYYƏT


Məşədi Dadaş məscidi dini icması növbəti dəfə aztəminatlı ailələrə yardım edib

Bakı, 22 may, AZƏRTAC

Ramazan ayı ilə əlaqədar Məşədi Dadaş məscidi dini icması növbəti dəfə aztəminatlı ailələrə yardım edib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, imkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə mindən artıq ailə ərzaq yardımı alacaq.

Məscidin imamı hacı Şahin Həsənli deyib: “Dinindən, milliyyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu mübarək ayda ehtiyacı olan ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın. Fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.