MƏDƏNİYYƏT


“Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii musiqili kompozisiya təqdim edilib

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədəniyyət evi Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının iştirakı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii-musiqili kompozisiya keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bu əlamətdar gün barədə tədbir iştirakçılarına məlumat verilib. Çıxışlarda tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi daxil olduğunu qeyd ediblər.

Daha sonra tədbir Mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin üzvlərinin ədəbi-bədii kompozisiyası ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.