Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Meşələrimizi kimdən və necə qoruyaq? REPORTAJ VİDEO

İsmayıllı, 27 avqust, Rəşad Türkoğlu, AZƏRTAC

Son günlər ölkə ərazisində, əsasən də meşə massivlərində yanğınların baş verməsi, təbiət qoynuna istirahət məqsədi ilə üz tutanların məsuliyyətli və diqqətli olmasını daha da vacib edir. Maraqlıdır, bölgələrə üz tutan vətəndaşlar, eləcə də icarədarlar hansısa yanğının baş verməməsi üçün nələrə diqqət edirlər?

AZƏRTAC xəbər verir ki, iş həftəsinin yorğunluğunu çıxarmaq, eləcə də bu isti günlərdə dincəlmək, xoş-əyləncəli anlar yaşamaq istəyənlər arasında həftəsonları İsmayıllının gəzməli-görməli yerlərinə üz tutanlar da az deyil. Rayona gələn qonaqların əksəriyyəti istirahətlərini sıx ağacların olduğu ərazilərdə təşkil etməyə üstünlük verirlər. Bu halda hər tərəfi iri ağaclarla əhatə olunan ərazidə ocaq qalanır, müxtəlif yeməklər bişirilir, samovara od salınır. Bir sözlə, hər an yanğının baş vermə təhlükəsi yaranır. Belə olduqda təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Meşənin qoynunda, gözəl bir guşədə istirahəti tonqal üstündə bişirilən ləziz yeməklərsiz təsəvvür etmək nə qədər çətindirsə, sonradan baş verən yanğını göz önünə gətirmək də bir o qədər üzücüdür. Meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalmasıdır. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları xeyli yaşıllığı məhv edir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır. Bir sözlə, təbiətin məhv edilməsində əsas amil insan faktorudur. Ona görə də təbiəti elə özümüzdən qorumalıyıq.

Rəna İbrahimova həftəsonu istirahət günlərini fürsət bilib doğmaları ilə birgə təbiət qoynuna üz tutan paytaxt sakinlərindən biridir. Günün birinci yarısı meşə ətrafında, sıx ağacların altında gəzərək mənəvi dinclik tapan Rəna xanım, ailəsi ilə birgə nahar vaxtı münasib bir ərazidə samovar qalamışdı. Müsahibimiz deyir ki, meşələri, ağacları, buradakı canlıları qorumaq üçün od-ocaqla ehtiyatlı davranmaq lazımdır. Çünki bir balaca köz meşəni məhv edə bilər. Vətəndaşlarla bərabər, bu yerləri icarəyə verən sahibkarlar da məsuliyyətli olmalıdılar ki, sonradan böyük fəlakətlə üz-üzə qalmayaq.

Söhbətimizi yekunlaşıdırıb, bu ərazini müştərilərə istirahət üçün təqdim edən Sima Məmmədova ilə görüşdük. Baş verə biləcək yanğının qarşısını vaxtında almaq üçün hansı tədbirlərin görüldüyü ilə maraqlandıq.

Onun sözlərinə görə, əraziyə qonaq qismində gələn hər bir şəxsə təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumat verilir: “Biz təkcə təlimat verməklə işimizi bitmiş saymırıq, eyni zamanda, qonaqlar burada olduğu müddətdə, eləcə də ərazini tərk etdikdə yandırılan ocaqlara nəzarət edirik. Təmizliyə riayət olunmasını, odla ehtiyatlı olmağı tövsiyə edirik. Ocağı torpaq üzərində yandırmamaq üçün qonaqlara manqal veririk. Amma vətəndaşlar da öz üzərilərinə düşən məsuliyyətin fərqində olsalar yaxşı olar. Nəzərə alsaq ki, hazırda yayın ən isti günləridir, burada yanğın baş versə, onu günlərlə söndürmək çətin olar. Ona görə də özümüz qonaqlara nəzarət edirik”.

Xatırladaq ki, son bir həftə ərzində şimal rayonlarında baş verən yanğınlar səbəbindən 5000 hektar ərazidə müxtəlif ağaclar, kollar, otlaq sahələri, meşədə yaşayan heyvanlar məhv olub, vətəndaşlara zərər dəyib. Belə halların baş verməməsi üçün istirahətə üz tutanlarla bərabər, icarədarlar da diqqətli, məsuliyyətli, eyni zamanda, tədbirli olmalıdılar.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Şahin Hüseynov da meşələrimizin qorunmasının vacibliyini bir daha vurğulayıb. O, bununla əlaqədar rayon ərazisində mütəmadi təbirlərin görüldüyünü diqqətə çatdırıb. “İsmayıllı rayonu ərazisində yanğınların baş verməməsi üçün tərəfimizdən mütəmadi olaraq otellərdə, istirahət mərkəzlərində, turizm obyektlərində sahibkarlara görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Xüsusilə meşə və dağlıq ərazilərdə olan icarədarlara diqqətli və məsuliyyətli olmaq barəsində təlimatlar verilir. Görülən tədbirlər sayəsində rayonumuzda son illərdə böyük miqyaslı yanğınlar qeydə alınmayıb”, - deyə o əlavə edib.

Əbəs yerə ana təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklərdən olan meşələri Yer kürəsinin “ağ ciyərləri” adlandırmırlar. Meşələrin təmiz havası, oksigen zənginliyi, fauna və floranın gözəlliyi uşaqdan tutmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır. Ona görə də, gəlin, hər birimiz ana təbiətimizi qoruyaq.

Meşələrimizi kimdən və necə qoruyaq? REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir VİDEO

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi